Modern.az

Türk ordusu terrorun qarşısını aldı

Türk ordusu terrorun qarşısını aldı

30 Noyabr 2019, 22:20

Türkiyə Silahlı Qüvvələri (TSQ) terrorun qarşısını alıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın Tel-Abyad bölgəsindən cənub-şərqdəki Eyn əl-Arus kəndində bombalı hücumun qarşısı alınıb.

Türkiyə Müdafiə Nazirliyi məlumatına görə, avtomobil vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan hücumun TSQ-nin bölgədəki nəzarət məntəqəsi tərəfindən qarşısının alındığı bildirilib.

Türkiyə MN-nin yaydığı məlumatda kənddən kənarda baş tutan bombalı hücum nəticəsində isə 6 mülki vətəndaşın yaralandığı qeyd edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər