Modern.az

Diaspor Komitəsinin Rusiya səfərindən gözləntilər... “İcmaların sıx əməkdaşlığına yeni şərait yaranır”

Diaspor Komitəsinin Rusiya səfərindən gözləntilər... “İcmaların sıx əməkdaşlığına yeni şərait yaranır”

Diaspor

2 Dekabr 2019, 11:30

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada bir neçə günlük səfərdə olub. Səfər zamanı Azərbaycan diasporu ilə keçirilən görüşdə Moskva Azərbaycanlıları icmasının sədri Şamil Tağıyev də iştirak edib.


Şamil Tağıyev Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiyada keçirilən silsilə görüşləri ilə bağlı  Modern.az-a danışıb.


“Fuad Muradovun Moskvaya səfərini burada yaşayan və fəaliyət göstərən ictimai xadimlər və diaspor fəalları çoxdan gözləyirdilər. Nəhayət ki bu səfər noyabr ayında baş tutdu. Bu da Rusiya-Azərbaycan arasında ictimai sektorun möhkəmləməsinə səbəb olan amillərdən biri idi ki, hər iki dövlətdə yaşayan rus və Azərbaycan icmalarının daha da sıx əməkdaşlıq etməyinə şərait yaranır. Bu görüşdən bir çox diaspor numayəndələri hansısa yekun qərarların qəbul olmasını da gözləyirdi, amma görüş sırf tanışlıq xarakteri daşıdığından, yalnız komitənin 1,5 il  müddətində gördüyü işlər haqda videorolik göstərildi, məruzə səsləndirildi və komitə sədri ilə açıq səmimi dialoq oldu”.


Şamil Tağıyevin sözlərinə görə, Rusiyadakı diaspor siyasətinin dəyişməsi üçün fiqurların yerini dəyişmək lazım deyil:

“Amma bir çox insanlar belə düşüncədədi ki, guya diaspora hansısa "ağsaqqal" gəlsə, onu düşdüyü krizis quyusundan çıxacaq. Diasporun çalışması üçün köklü reforma lazımdı, sistemləşmək və cavanlaşmaq. Amma təəsüflər olsun ki, bir çox fəallar bu həqiqəti başa düşmək istəmədən müxtəlif intriqalara əl atırlar, gənc və perspektirli kadrları ləkələməklə, öz daxili və xarici psixi çatışmazlaqlarını doyuzdururlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır