Modern.az

Ermənistan ordusu Qarabağda İTKİ VERDİ: 1 ölü, 1 yaralı

Ermənistan ordusu Qarabağda İTKİ VERDİ: 1 ölü, 1 yaralı

2 Dekabr 2019, 14:54

Azərbaycanın işğal altındakı Qarabağ ərazilərində növbəti silahlı insident qeydə alınıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dekabrın 2-si səhər saatlarında hərbi hissələrdən birinin silah saxlama anbarında silahlı insident zamanı 1 hərbçi ölüb, 1-i isə yaralanıb. 

 

Ölən hərbçi Artur İşxanoviç Acemyan (1998-ci il), yaralanan isə David Arutyunoviç Melikbekyan (1999-cu il) olub. Hadisənin detalları açıqlanmır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi