Modern.az

MSK sədri: "Naftalanın icra başçısı bələdiyyə seçkilərinə müdaxilə edib"

MSK sədri: "Naftalanın icra başçısı bələdiyyə seçkilərinə müdaxilə edib"

28 Dekabr 2009, 18:28

Dekabrın 28-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilərə müdaxilə ilə bağlı Naftalan rayonundan daxil olan şikayətlərin araşdırılması üçün qurumun nümayəndələri orada olub, araşdırma aparıblar. Araşdırma aparmaq üçün MSK üzvü Tofiq Həsənov və qurumun daha iki nümayəndəsi Naftalanda olublar.
MSK-nın araşdırması nəticəsində məlum olub ki, Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayev bələdiyyə seçkilərinin gedişinə şəxsən  müdaxilə edib. M.Pənahovun sözlərinə görə, icra başçısı məntəqələrə gedərək seçkilərə müdaxiləyə və müşahidəçilərin qovulmasına dair qanunsuz göstərişlər verib: "96 saylı  Goranboy-Naftalan Dairə Seçki Komissiyasına Naftalan rayonunun icra başçısı Musa Musayevin seçki prosesinə müdaxilələri ilə bağlı müraciətlər daxil olub. Müraciətlər əsasında MSK-nın işçi qrupu yaradılaraq həmin əraziyə göndərilib. 30 nəfərdən çox alınan rəy nəticəsində Musa Musayevin seçki prosesinə müdaxiləsi müəyyənləşdirilib".
M.Pənahov icra başçısının bu addımından təəssüfləndiyini vurğulayıb. O, bununla bağlı araşdırmaların davam etdirildiyini və yaxın günlərdə açıqlama veriləcəyini qeyd edib.

Bəzi məlumatlara görə, Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayev bu cür qanunsuz əməllərə yol verdiyinə görə, tezliklə vəzifəsilə vidalaşmalı olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?