Modern.az

Tramp Türkiyəni müdafiə etdi: “Obama onlara verdiyi sözü tutmadı”

Tramp Türkiyəni müdafiə etdi: “Obama onlara verdiyi sözü tutmadı”

3 Dekabr 2019, 14:59

ABŞ prezidenti Donald Tramp sələfi Barak Obama administrasiyasını tənqid edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun fikrincə, Türkiyənin S-400 raketləri almasının günahı məhz Obama administrasiyasının üzərindədir.

“O, Türkiyəyə “Patriot” raketləri satacağını söz vermişdi amma satmadı. Bir müddət sonra Türkiyə Rusiyadan bu sistemləri aldı. Siz axı bilirsiniz ki, Türkiyə çoxlu sayda F-35 qırıcıları alıb. Onlar bu təyyarələri nə Rusiyadan, nə də Çindən almışdı. Çünki Türkiyəyə dünyada ən yaxşı təyyarələr lazım idi”- deyə o, Londonda NATO sammiti zamanı söyləyib.

 

Xatırladaq ki, NATO sammiti dekabrın 3-4 aralığında Londonda keçirilir.    

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?