Modern.az

Ermənistandan Azərbaycana daha bir nümayəndə heyəti gəlir

Ermənistandan Azərbaycana daha bir nümayəndə heyəti gəlir

3 Dekabr 2019, 16:20

Ermənistan baş naziri Nikol Paşinyan Bakıya daha bir nümayəndə heyəti göndərir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dekabrın 4-7 tarixlərində Ermənistanın ərazi idarəetməsi və infrastuktur nazirinin müavini Armen Simonyan, həmən nazirliyin avtomobil nəqliyyatının texniki siyasət idarəsinin rəisi Arman Karapetyan və XİN-nin çoxtərəfli siyasət vəı əməkdaşlıq idarəsinin məsləhətçisi Artyom Aznauryan  Bakıda olacaq.

 

Nümayəndə heyəti beynəlxalq Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRASEKA) çərçivəsində Bakıda keçiriləcək sessiyaya qatılacaq.

 

Xatırladaq ki, noyabrın 17-21-i tarixlərində Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri olub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı