Modern.az

Nazirlər Kabinetində iki yeni təyinat oldu - ADLAR

Nazirlər Kabinetində iki yeni təyinat oldu - ADLAR

4 Dekabr 2019, 15:30

Nazirlər Kabinetində yeni təyinatlar olub.

Modern.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun sərəncamları ilə İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə Azər Əmiraslanov, Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə isə Mehman Tağıyev təyinat alıblar.

Qeyd edək ki, Azər Əmiraslanov bu təyinatadək Prezident Administrasiyasında Aqrar siyasət məsələləri şöbəsinin müdiri, 
Prezidentin  aqrar siyasət məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Mehman Tağıyev isə bu təyinatədək Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir