Modern.az

NATO toplantısında Türkiyə müzakirələri - FOTO

NATO toplantısında Türkiyə müzakirələri - FOTO

Dünya

5 Dekabr 2019, 01:26

"NATO Liderlər toplantısından sonra keçirilən mətbuat konfransında İngiltərə Baş naziri Boris Jonsona  Zirvə toplantısı və Prezident Ərdoğanla görüşün necə keçdiyini soruşdum. Boris Jonson Türkiyənin yaşanan çətinlikləri anladığını bildirdi".

Modern.az xəbər verir ki, bunu "Hüriyyət" qəzetinin İngiltərə müxbiri Aynur Tattersall  NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Jurnalist qeyd edib ki, Böyük Britaniya rəsmisi Makron, Merkel və Ərdoğanla böyük bir görüş keçirdiklərini və Suriyanın şimalındakı mürəkkəb vəziyyəti müzakirə etdiklərini bildirib: "Türkiyənin qarşılaşdığı çətinlikləri anlayışla qarşılayır, yaşadığı çətinliyi və təzyiqi anlayırıq. Burada 4 milyon qaçqın yaşayır. Terror təhlükəsi ilə üzləşən bir ölkə haqqında da danışırıq. Türkiyənin planlarını NATO üzvlərinin doğru  anlamalarını istəyirik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır