Modern.az

“Diasporla bağlı məqamların vaxtından əvvəl işıqlandırılması problem yaradır” - Fuad Muradov

“Diasporla bağlı məqamların vaxtından əvvəl işıqlandırılması problem yaradır” - Fuad Muradov

5 Dekabr 2019, 13:17

"Diasporla bağlı məqamların mətbuatda vaxtından əvvəl işıqlandırılması bəzən problem yaradır".

 

Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, komitə diaspor işlərinin tam həyata keçirilmədən mətbuatda geniş işıqlandırılmasını düzgün hesab etmir:

 

"Bu, bizə hər hansı məsələdə kömək edəcək şəxslərin fikrini dəyişməsi ilə də nəticələnə bilir. Belə ehtimalları nəzərə almalıyıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi