Modern.az

Sarkisyan: “Qarabağ danışıqları fonunda məni “aradan çıxarmaq” istəyirlər”

Sarkisyan: “Qarabağ danışıqları fonunda məni “aradan çıxarmaq” istəyirlər”

5 Dekabr 2019, 15:08

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan Xüsusi İstintaq Komitəsinin onun barəsində “mənimsəmə” faktı ilə bağlı açdığı cinayət işini “siyasi təqib” adlandırıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, elan olunan ittihamı “uydurulmuş və gülməli” adlandırıb.


“Hakimiyyət Ermənistana və Qarabağa real təhlükə, xüsusən, hazırkı Qarabağ danışıqları fonunda siyasi rəqiblərini “aradan çıxarmaq” niyyətindədir”.

 

Xatırladaq ki, Serj Sarkisyan 2008-2018-ci illər ərzində Ermənistan prezidenti olub. O, prezident postundakı sələfi Robert Koçaryanla birlikdə “Qarabağ klanı”nın qeyri-rəsmi lideri sayılır.

 

   

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır