Modern.az

Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO

Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO

Diaspor

5 Dekabr 2019, 18:45

Dekabrın 5-də Yeni Azərbaycan Partiyasının qərargahında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib. Dövlət Komitəsinin sədri 2018-2019-cu illər ərzində görülən işlər haqqında məlumat verib.

 

Bildirib ki, 15-ə yaxın ölkədə Azərbaycanlıların Koordinasiya Şurası yaradılıb. Koordinasiya Şuralarının başlıca hədəfi soydaşlarımız arasında əlaqələri gücləndirmək və Azərbaycan diasporunun vahid məqsəd ətrafında birliyini təmin etməkdir.

 

Bugünədək 88 diaspor təşkilatı və 69 fərdi şəxs elektron qeydiyyatdan keçib, təqdim edilən 66 layihədən isə 32-si maliyyələşib.

Diaspor işinin könüllü olduğunu qeyd edən Fuad Muradov gəncləri diaspor fəaliyyətinə cəlb etmək üçün motivasiya verici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Bu sahədə 2018-ci il avqustunda Şəkidə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi , bu ilin iyul ayında isə Diaspor Gənclərinin “Nəsimi 650” adlı II Yay düşərgəsi təşkil olunub. Bundan başqa, “Azərbaycan Diaspor Könüllüləri” Proqramına da başlanılıb.

 

Modern.az konfransdan videonu təqdim edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır