Modern.az

Növbədənkənar parlament seçkiləri ilə bağlı yeni işçi qrupu YARADILDI

Növbədənkənar parlament seçkiləri ilə bağlı yeni işçi qrupu YARADILDI

7 Dekabr 2019, 14:36

Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində yeni ekspert qrupu və işçi qrupu yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında müzakirə aparılıb.

 

İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb.

 

Məsələ müzakirə edildikdən sonra səsə qoyularaq təsdiq edilib.

 

Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub.

 

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər