Modern.az

"Həmrəy olaq"  Milli İncəsənət Muzeyində 

Aktual

7 Dekabr 2019, 16:19

Bu gün Milli İncəsənət Muzeyində "Dünya Azərbaycanlılarının həmrəylik günü" nə həsr edilmiş "Həmrəy olaq" adlı konsert proqramı təşkil olunub.

 

Modern. az xəbər verir ki, ilk olaraq tədbirdə Xocavənd rayonu haqqında qonaqlara geniş məlumat verilib.

 

Daha sonra Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi məktəbinin müəllimləri biri - birindən gözəl musiqi töhfələri ilə çıxış ediblər.

 

Konsert proqramında Azərbaycanın tanınmış bəstəkarları Faiq Sücəddinov, Səid Rüstəmov, Tofiq Quliyev, Elza İbrahimova, Arif Məlikov, Emin Sabitoğlu, Oqtay Kazımi, Hökümə Nəcəfovanın bəstələdiyi musiqilər səsləndirilib və bir çox tanınmış musiqiçilər də iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı