Modern.az

Hazırkı deputatların 27-si mandatdan əlini üzsün! - Astroloqdan PROQNOZ  

Hazırkı deputatların 27-si mandatdan əlini üzsün! - Astroloqdan PROQNOZ  

Parlament

7 Dekabr 2019, 16:50

Tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli 2020-ci ilin fevvralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı proqnozlarını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, o deyib ki, növbəti seçkilər zamanı parlamentin tərkibinin 40 faizi yenilənəcək.

 

Astroloq hələ hesablamalarını bitirmədiyini də qeyd edib:

 

“Dairələr bəlli olmadığı üçün hələ ki tam olaraq kimin yenidən deputat olacağı barədə bir söz deyə bilmirəm. Namizədlər açıqlanandan sonra Bakı, Sumqayıt, Xırdalan üzrə ümumi nəticəni hesablamaq olacaq. Parlamentdə əvvəldən olan deputatların demək olar ki, hamısının doğum tarixi məndə var. İndi onları bir-bir hesablayıram ki, hansı yenidən deputat seçiləcək. Hazırkı hesablamalarıma görə, onlardan 27 nəfəri yenidən deputat seçilməyəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır