Modern.az

Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı

Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı

7 Dekabr 2019, 20:19

Tbilisidə, Pirosmani küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində (YDM) yanğın baş verib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, baş verən yanğın zamanı beş nəfər xəsarət alıb.

Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatına görə, xəsarət alanların biri qadın, digər biri yeniyetmə, üçü isə kişidir. Onlar xəstəxanalara çatdırılıblar.

Yağın YDM ərazisində yerləşən mağazanın iki otağında baş verib. Yanğınsöndürənlər yanğının yayılması və partlayışın qarşısını alıblar.


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi