Modern.az

Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı

Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı

Aktual

7 Dekabr 2019, 22:33

Rusiyada məktəblilər ağır yol qəzasının qurbanı olub.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Nijni Novqorod şəhərində qeydə alınıb.

Məlumatına görə, xarici markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb və daha iki maşınla toqquşub. Nəticədə avtomobillərdən biri piyada yoluna aşıb. 10-u uşaq olmaqla 12 nəfər yaralanıb, uşaqlara rəhbərlik edən müəllim dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məktəbliləri vuran avtomobilin sürücüsü 2014-cü ildə vəzifəsindən kənarlaşdırılan polis işçisi, general-mayor Aleksandr Pilqanov olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır