Modern.az

Balıqçı gəmisi qəzaya uğradı

Balıqçı gəmisi qəzaya uğradı

7 Dekabr 2019, 23:16

Gürcüstanın Poti limanı yaxınlığında (Samegrelo - Zemo Svaneti diyarı) Qara dənizdə 30 ton balığın yükləndiyi gürcü balıqçı gəmisi qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə "Rustavi2" teleşirkəti məlumat yayıb.

Gəminin kapitanı bildirib ki, onlar böyük bir ağac parçası ilə toqquşublar:

"Ağac parçası gəmini zədələdi və nəticədə gəminin göyərtəsində su toplanmağa başladı. Göyərtəmizdə 30 tona yaxın balıq var idi".

Məlumata əsasən, toqquşma nəticəsində gəmi batıb. Gəmidə səkkiz heyət üzvü olub. Onlar hamısı başqa bir balıqçı gəmisi tərəfindən xilas edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı