Modern.az

Şadlıq sarayında bıçaqlanma

Şadlıq sarayında bıçaqlanma

7 Dekabr 2019, 23:55

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayondakı “Sultan Plaza” şadlıq sarayında qeydə alınıb.

Rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Elman Elşən oğlu döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub.

28 yaşlı xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

E.Cəfərovun yaxınlarının sözlərinə görə, o, tanıdığı şəxs tərəfindən toy şənliyində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı