Modern.az

Paytaxtda minik maşını “Şaqman”la toqquşdu

Paytaxtda minik maşını “Şaqman”la toqquşdu

Aktual

8 Dekabr 2019, 00:16

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Belə ki, “Şaqman” markalı yük avtomobili ilə digər nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakini Bünyadov Xəyal Nizami oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona, döş qəfəsinin küt travması və bədənin müxtəlif dərəcəli travmaları diaqnozu qoyulub. Qəzanın təfərrüatı DYP əməkdaşları tərəfindən araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir