Modern.az

Hindistanda zavod yandı: 32 can aldı

Hindistanda zavod yandı: 32 can aldı

Dünya

8 Dekabr 2019, 09:17

Hindistanın Yeni Dehlidəki zavodlarından birində güclü yanğın baş verib. 

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın Anac Mandi küçəsində baş verən yanğında 32 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

Yerli “ANI” xəbər agentliyinin məlumatına görə, Yanğından Mühafizə İdarəsinin açıqlamasında qeyd olunub ki, alov geniş ərazini əhatə etməsə də, fəsadları ağır olub. Yanğın 27 yanğınsöndürmə briqadası tərəfindən bir neçə saat ərzində söndürülüb. Ölənlərin sayının artacağı istisna edilmir. Yanğının başvermə səbəbi bilinmir. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır