Modern.az

Çində Britaniya vətəndaşı edam olunub

Çində Britaniya vətəndaşı edam olunub

29 Dekabr 2009, 10:01

Çində son 50 ildə ilk dəfəAvropa Birliyi ölkəsinin vətəndaşı edam olunub. Modern.az-ın BBC-yə istinadən yaydığı məlumata görə, Çin hakimiyyəti Britaniyalı əsilli Akmalya Şayxu barədə seçilmiş ölüm hökmünün icrasını təmin edib. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Şayxunun narkotiklərin qaçaqmalçılığında ittiham olunaraq ən ağır cəzaya məhkum oldunduğunu xəbər verib. Britaniya hakimiyyətinin və Şayxunun qohumlarının xahişinə baxmayaraq edam həyata keçirilib. London  qeyd edir ki, Şayxu psixi xəstəlikdən əziyyət çəkib. Çin hakimiyyəti isə bu faktı nəzərə almayıb.

Britaniyanın baş naziri Qordon Braun baş verənlərdən dəhşətə gəldiyini deyib. O? təəssüflə bildirib ki,  dəfələrlə Şayxunun azad olunması barədə Çin hakimiyyətinə müraciət olunsa da onların səsi eşidilməyib. Daha bir narahatverici məqam odur ki, məhkum lazımi tibbi yoxlamadan keçməyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir