Modern.az

Daşqınlar zamanı 22 nəfər ölüb

Daşqınlar zamanı 22 nəfər ölüb

8 Dekabr 2019, 19:00

Leysan yağışların yol açdığı sel və daşqınlar nəticəsində Uqandanın Bundibuqio dairəsində ölənlərin sayı 22 nəfərə çatıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  bundan əvvəl Qırmızı Xaç Cəmiyyətinin yerli bölməsi 11 nəfərin öldüyünü  açıqlayıb.

 

Bir neçə nəfər itkin düşmüş sayılır. Altı saat ərzində fasiləsiz yağan yağışlar Tokve çayının məcrasından çıxmasına yol açıb. Çoxlu ev və tarlalar, o cümlədən yollar su altında qalıb, nəqliyyatın hərəkəti dayanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı