Modern.az

Obama İranda həbs olunanlara azadlıq tələb edir

Obama İranda həbs olunanlara azadlıq tələb edir

Təhsil

29 Dekabr 2009, 10:11

Amerika və Avropa İran müxalifətinin molla rejiminə qarış etiraz aksiyalarını dəstəkləyir. Modern.az xarici KIV-lərə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama İran müxalifətinin etiraz aksiyları ilə bağlı xüsusi bəyanat verib. Öz bəyanatında Obama Tehranda

hökumət əleyhinə nümayişlərdə həbs olunanlarla bağlı öz həmrəyliyini ifadə edib və onların dərhal azad olunmasını tələb edib. O, deyib ki, Amerika Birləşmiş Ştatları, özünün təbirincə, "günahsız İran vətəndaşlarına zorakı və ədalətsiz təzyiqi" pisləyir.

Barak Obama əlavə edib  ki, hadisələr hökumətin hər hansı digər bir ölkənin gücündən daha çox, öz xalqının güclü istəyindən qorxmasını göstərir.

"Bütün digər azad ölkələr kimi, Birləşmiş Ştatlar da öz universal hüquqlarını tələb edənlərin yanındadır" – deyə Obama bildirib. Amerika prezidenti İran  hökumətini öz xalqının hüquqlarına hörmətlə yanaşmağa çağırıb,  tarixin ədalət axtaranların yanında olacağına əminliyini ifadə edib.

 

Avropa şəhərlərində İran müxalifətinə dəstək yürüşü keçirilib

Avropada yaşayan iranlılar İran müxalifətinə dəstək məqsədilə Avropanın müxtəlif şəhərlərində yürüşlər keçiriblər. Parisdə nümayişçilər "Onlar hansı cinayəti etmişdilər ki, öldürüldülər?" şüarları səslndiriblər. Berlində  və Londonda keçirilmiş nümayişlərdə də etirazçılar İranda demokratiya və azadlığa çağırıblar.

 

Tehranda son günlərin zorakı nümayişləri zamanı 8 adamın öldüyü xəbər verilir. Etiraz nümayişlərini göstərən video kliplər İnternetdə yayımlanıb.

İran hökuməti bir neçə aparıcı müxalifətçini həbs edib. Onların arasında keçmiş xarici işlər naziri İbrahim Yəzdi və insan haqları fəalı Emadeddin Bağı da var. Müxalifət liderləri Mir Hüseyn Musvi və Məhəmməd Xatəminin bir neçə məsləhətçisi də həbsə alınıb. Ümumilikdə etirazçılardan 300 adamın saxlanıldığı bildirilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır