Modern.az

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi

10 Dekabr 2019, 13:46

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

FHN-dən Modern.az-a təyinatı təsdiqləyiblər.

FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

Ailəlidir, 2 övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir