Modern.az

Sarkisyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

Sarkisyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq

Dünya

10 Dekabr 2019, 15:50

Ermənistan Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın Çexiyada saxlanılan qardaşı oğlu Narek Sarkisyanın tezliklə ölkəyə ekstradisiya olunacağını bildirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş prokurorun məsləhətçisi Qoar Abramyan açıqlama verib.

O, rəsmi Yerevanın ekstradisiya xahişinə müsbət cavab verildiyini xatırladıb.

 

Narek Sarksiyan silah və narkotik qaçaqmalçılığında ittiham olunur. 2018-ci ilin dekabrında İnerpol onu Praqada saxlayıb. Narek Sarkisyan Honduras vətəndaşı Franklin Qonsalesin adına olan pasportla gizlənirdi.

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi