Modern.az

Ermənistan 2 vətəndaşını qaytarmaq istəyir, əvəzində rəsmi Bakıya...

Ermənistan 2 vətəndaşını qaytarmaq istəyir, əvəzində rəsmi Bakıya...

10 Dekabr 2019, 16:44

Ermənistanın müdafiə naziri David Tonoyan Beynəlxalq Qırmıazı Xaç Komitəsinin ölkədəki ofis rəhbəri Kler Meytro ilə görüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tonoyan Azərbaycanda əsirlikdə saxlanılan Araik Kazaryan və Karen Kazaryanın qısa müddətdə qaytarılmasını istəyir.

Rəsmi Yerevan əsir və girov düşmüş vətəndaşların azad olunması üçün Qırmızı Xaç Komitəsinin Bakı və Yerevan ofisləri arasında koordinasiya güclənməli olduğunu, həmçinin, erməni əsirlərin ailə üzvləri ilə müntəzəm görüşü, məktublaşması üçün müvafiq şəraitin yaradılmasını təklif ediblər.

 

Maraqlıdır ki, David Tonoyan Azərbaycan tərəfinə könüllü təslim olan 19 yaşlı hərbçi Araik Kazaryan və diversiyaya cəhd göstərməkdə ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum olunan Karen Kazaryanın məsələsini qaldırsa da, azərbaycanlı girovlar barədə söz açmayıb. Belə ki, Ermənistan hələ də kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi Qarabağda doğma yerlərini ziyarət edən zaman girov götürərək həbsdə saxlayır.

 

 

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər