Modern.az

Dünyada daha bir müstəqil dövlət yarana bilər

Dünyada daha bir müstəqil dövlət yarana bilər

Dünya

11 Dekabr 2019, 11:30

Sakit okeanda yerləşən kiçik Buqenvil adası müstəqillik haqda referendum keçirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ada sakinlərinin 98%-i Papua-Yeni Qvineya dövlətindən ayrılaraq müstəqil olmağa səs verib.

176 min seçici müstəqilliyə "hə", 3 mini isə "yox" deyib. Yox deyənnlər adanın geniş muxtariyyətinin kifayət olması qənaətindədir.

 

Papua-Yeni Qvineya Buqenvil sakinlərinin referendum keçirməsinə icazə vermişdi. 1970-ci illərdə adanı tərkibinə qatan Papua-Yeni Qvineya dövləti 15 min insanın öldüyü 2 müharibədən sonra adaya tam nəzarət edir. Yeni Zelandiya və Avstraliya hökumətlərinin vasitəçilyi ilə imzalanmış sülh sazişinə əsasən, Buqenvil adası müstəqillik referendumu keçirə bilər.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı