Modern.az

BMU-nun tələbəsi erməni rəqibini 10:0 hesabı ilə məğlub edib

BMU-nun tələbəsi erməni rəqibini 10:0 hesabı ilə məğlub edib

Aktual

11 Dekabr 2019, 13:55

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Şəhərsalma ixtisasında təhsil alan II kurs tələbəsi Məhəmmədəli Quliyev Dağıstan Respublikasının Babayurd rayonunda keçirilən sərbəst güləş üzrə regionlararası beynəlxalq turnirdə iştirak edib.

 

Modern.az xəbər verir ki, gənclər arasında təşkil edilən, hərbi və siyasi xadim Şeyx Sultan Mutanın xatirəsinə həsr olunan turnirdə BMU-nun tələbəsi, 65 kq çəki dərəcəsində I yeri tutub, diplom və qızıl medalla təltif olunub.  

 

Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya, Ermənistan və başqa ölkələrin gənclərinin təmsil olunduğu turnir 2 gün davam edib, ümumilikdə 5 yarış keçirilib. Erməni rəqibini 10:0 hesabı ilə məğlub edən Məhəmmədəli Quliyev finala vəsiqə qazanıb. Finalda isə rusiyalı rəqibinə 10:8 hesabı ilə qalib gəlib. 

 

Qeyd edək ki, BMU tələbəsi indiyə qədər akrobatika idman növü, o cümlədən sərbəst güləş üzrə isə müxtəlif yerli və beynəlxalq yarışların qalibi olub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir