Modern.az

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin saytı açıldı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin saytı açıldı

Aktual

11 Dekabr 2019, 15:09

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəsmi internet səhifəsi- aircenter.az fəaliyyətə başlayıb. 

Modern.az-ın məlumatına görə, sayt ilkin mərhələdə 2 - Azərbaycan və ingilis dillərində istifadəyə verilib. Saytda mütəmadi olaraq aylıq bülletenlər, nəşrlər və məqalələr, keçirilmiş tədbirlər, press-relizlər və BMTM-lə bağlı digər xəbərlər yerləşdiriləcək. Bununla yanaşı, saytda imkanlar bölməsində təqaüd, təcrübə, könüllülük proqramları ilə bağlı son elanlar və iş imkanları ilə bağlı məlumatlar yer alacaq, yeni layihələr barədə ictimaiyyətə məlumat veriləcək. Həmçinin saytın BMTM-in sosial şəbəkələrdəki ünvanlarına çıxışı təmin olunub. Saytın tam hazır vəziyyətə gətirilməsi istiqamətində işlər davam etdirilir.

Daha ətraflı aircenter.az ünvanına daxil olaraq tanış ola bilərsiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!