Modern.az

Daha bir futbol klubunun tərkibində akademiya yaradılır

Daha bir futbol klubunun tərkibində akademiya yaradılır

Aktual

11 Dekabr 2019, 14:02

“AZE Nakhchivan-Köln SK” Futbol Klubunun idarə heyətinin iclası keçirilib.

 

Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda bir sıra vacib qərarlar qəbul olunub.

 

Klubun tərkibində akademiyanın yaradılmasına qərar verilib.

 

Bundan başqa klubun nəzdində təxminən 5 müxtəlif yaş qrupundan ibarət komandalar yaradılacaq. Birinci qrup 6-7, ikinci qrup 8-9, üçüncü qrup 11-12, dördüncü qrup isə 17-18 yaşlılardan təşkil olunacaq. Hələlik 4 yaş qrupundan ibarət komandanın olması qərarlaşdırlıb. Gələckdə bu yaş qruplarının sayının artırılacağı nəzərdə tutulur. Akademiyadan başqa klubun tərkibində transfer və skout fəaliyyətinin aparılması üçün “AZE Nakhchivan-Köln SK” Futbol şirkətinin qurulmasına qərar verilib. Akademiya ilə bağlı işlər davam etdirlir. Hələlik Almaniyada yaşayan uşaqlar, yeniyetmə və gənclər müraciət edə biləcəklər. Amma orada daimi qalmaq üçün şərait formalaşandan sonra digər ölkələrdən də uşaq və yeniyetmələr qəbul ediləcək. Klub eyni zamanda qərara alıb ki, Avropa ilə Azərbaycan arasında idmanın əsas qollarından biri olan futbolla bağlı əlaqələri gücləndirsin. Eyni zamanda Azərbaycan klublarının xarici klublarla əlaqələri, onların skout işlərinin dəstəklənməsi, gələcəkdə Azərbaycan klublarının da təlim-məşq toplantılarının Avropada təşkil olunması istiqamətində fəaliyyət göstəriləcəyi ilə bağlı qərar qəbul olunub.

 

İclasda həmçinin Köln Nippes Bələdiyyəsinin bu şəhərin Weiden qəsəbəsində yerləşən futbol kompleksindən istifadəsinə dair razılıq qərarı üçün klub rəhbərliyi adından şəhər bələdiyyə rəhbərliyinə təşəkkür müraciəti qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir