Modern.az

ReAl Partiyası da namizədlərini AÇIQLADI

ReAl Partiyası da namizədlərini AÇIQLADI

11 Dekabr 2019, 15:18

Respublikaçı Alternativ Partiyası (ReAl) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini elan edib.

 

Partiyadan Modern.az-a verilən məlumata görə, ReAl və bitərəf namizədlər koalisiya yaradaraq parlament seçkilərində çıxış edəcəklər.

 

Respublikaçı Alternativ Partiyası və bitərəf namizədlər arasında yaradılan ittifaq “ReAl Cümhuriyyətçilər” adlanır.

 

Bildirilib ki, Erkin Qədirli 16 saylı Yasamal ikinci seçki dairəsindən parlament seçkilərinə namizəd kimi çıxış edəcək.

ReAl Partiyasından Vasif İsmayıl 41 saylı Sumqayıt birinci, Elçin Haqverdiyev isə 22 saylı Nəsimi ikinci seçki dairələrindən namizədliklərini irəli sürəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi