Modern.az

Milli Məclisə seçkilərdə yəhudi əsilli namizədlər də iştirak edəcək

Milli Məclisə seçkilərdə yəhudi əsilli namizədlər də iştirak edəcək

11 Dekabr 2019, 16:08

2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində yəhudi əsilli namizədlər də iştirak edəcək.

 

Bunu Modern.az-a açıqlamasında  Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev deyib.

 

“2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində bizim icma üzvlərimizdən namizədliyini irəli sürənlər olacaq. Lakin hələ ki, tam say və adlar bilinmir. Yaxın zamanlarda yəqin ki, deputatlığa namizədlik verənlərin adını biləcəyik”, - deyə icma rəhbəri bildirib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl vəfat edən beşinci çağırış Milli Məclisin deputatı Yevda Abramov da yəhudi əsilli idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub