İsveçli ekologiya fəalı Qreta Tunberq “Time” jurnalının ənənəvi “İlin adamı” nominasiyasında qalib olub.
Modern.az xəbər verir ki, qlobal istiləşməyə qarşı mübarizəsi ilə seçilən 16 yaşlı yeniyetmə bu nominasiyada ən gənc qaliblərdən biridir.
Bu nüfuzlu mükafata Qreta Tunberqlə yanaşı, ABŞ prezidenti Donald Tramp, Facebook-un yaradıcısı Mark Zukerberq, Honq-Konqdakı xalq etirazlarının iştirakçıları və s. namizəd idi.