Modern.az

Üç dostun dağlara gedən yolu - “Dağlar Günü”nün adamları

Üç dostun dağlara gedən yolu - “Dağlar Günü”nün adamları

Aktual

11 Dekabr 2019, 17:43

Bu gün Ümumdünya “Dağlar Günü”dür. Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılıb. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılıb.

 

BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq, dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.

 

Modern.az-ın məlumatına görə, iki il əvvəl - 2017-ci il dekabrın 23-də 3 dağçımız - "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri  Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmışdılar.

 

Klub üzvlərinin meyiti 5 ay sonra - 17 may 2018-ci ildə tapılaraq, ailələrinə təhvil verilib. Ailə üzvləri onların meyiti 5 ay sonra tapılanadək hələ də dağçıların sağ tapılacağına ümid edirdilər...

 

2017-ci ili dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində 5 ay sonra-2018-ci il mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilərək, Fəridə Cəbrayılzadə, Babur Hüseynov , Namin Bünyatzadənin cansız bədənləri tapılıb.

 

Namin Bünyatzadə Şəmkir rayonunda, Fəridə Cəbrayılzadə Masallı rayonunun Şərəfə kəndində, Babur Hüseynov Astara şəhər qəbiristanlığında dəfn ediliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür