Modern.az

AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir

AŞPA-nın həmməruzəçiləri Azərbaycana gəlir

Aktual

11 Dekabr 2019, 20:03

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl Bakıya səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə “Report”a Stefan Şenak məlumat verib.

O, fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklərini bildirib: "Biz müşahidəçi qismində iki dəfə Azərbaycanda səfərdə olacağıq: seçkiqabağı vəziyyəti, seçkilərə hazırlığı və seçkiləri müşahidə edəcəyik".

Xatırladaq ki, AŞPA fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 30-dan çox müşahidəçi göndərəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!