Modern.az

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bakı metrosunda qorxulu anlar - VİDEO

11 Dekabr 2019, 22:45

Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb.

Modern.az  "Qafqazinfo"ya istinadən  xəbər verir ki, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb.

Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platforamya çıxarılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Bundan sonra polis vətəndaşı qatar yolundan çıxarıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir