Modern.az

Keçmiş icra başçısı deputatlığa namizədliyini irəli sürdü

Keçmiş icra başçısı deputatlığa namizədliyini irəli sürdü

12 Dekabr 2019, 11:10

1992-ci ildə Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, hazırda “Borçalı” Cəmiyyətinin sədri olan tanınmış həkim Zəlimxan Məmmədli də növbədənkənar parlament seçkisində qüvvəsini sınayacaq.

Modern.az-ın məlumatına görə, Zəlimxan Məmmədli 9 fevral 2010-ci il tarixində keçiriləcək seçkidə iştirak etmək üçün sənədlərini Bakı şəhəri 33 saylı Xətai birinci seçki dairəsinin komissiyasına təqdim edib.

“Milli Məclisə seçkilərdə deputatlığa namizədliyimin irəli sürülməsinin təsdiqi üçün tələb olunan sənədləri təqdim etdim. Dostlarınızla qərarımizin doğru olduğunu düşünürük”,-deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?