Modern.az

Ermənistanın dövlət borcu daha 131 milyon avro artıb

Ermənistanın dövlət borcu daha 131 milyon avro artıb

12 Dekabr 2019, 11:49

Bu gün Ermənistan Milli Məclisinin növbədənkənar iclası keçirilir. Maraqlıdır ki, müzakirə olunan  11 məsələdən 4-ü hökumət tərəfindən təsdiqləndikdən sonra parlamentə göndərilmiş kredit sazişləri haqqında məsələlərdir. Belə çıxır ki, “yeni Ermənistan” parlamenti Ermənistanın dövlət borcunun 131.406 milyon avro artırılması məsələsinə fövqəladə bir ratifikasiya təqdim edəcək.    

Beləliklə, bu məsələlərdən birincisi maliyyə, iqtisadi və ictimai sahələrdə siyasətə dair Ermənistan Respublikası ilə Asiya İnkişaf Bankı arasında Kredit Sazişinin təsdiqlənməsi barəsindədir. Ona görə Ermənistan Respublikasına büdcəni dəstəkləmək üçün 45,8 milyon avro kredit verilib. Ermənistan Respublikası ilə Asiya İnkişaf  Bankı arasındakı "Sosial fəaliyyət və maliyyə bazarları üzrə ikinci proqram" adlanan kredit sazişinə əsasən, büdcəyə yenə də 36.5 milyon avro məbləğində kredit veriləcək.
Müxalifət karyerası boyunca dövlət borcunun artmasının və kredit sazişlərinin əleyhinə səs verən Nikol Paşinyan indi büdcəyə xidmət etmək üçün müntəzəm kredit götürməyə davam edir. Hakimiyyət səlahiyyətliləri dəfələrlə əlavə kreditə ehtiyac olmadığını bildirsələr də,  Paşinyan "kredit problem deyil" - deyə cavab verir.
İldən-ilə ölkənin dövlət borcunun artması isə N. Paşinyanı demək olar ki, ümumiyyətlə narahat etmir.


İsmayıl Tanrıverdi,
BDU-nun Erməni araşdırmaları Elmi tədqiqat və tədris MərkəzininBöyük elmi işçisi


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir