Modern.az

Siyavuş Novruzov açıqladı: “Hər şey hazırdır”

Siyavuş Novruzov açıqladı: “Hər şey hazırdır”

Aktual

12 Dekabr 2019, 12:44

"Yeni Azərbaycan Partiyası 126 nəfər səlahiyyətli nümayəndə, bir nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə Mərkəzi Seçki Komissiyasına təqdim edib və artıq MSK artıq bunu təsdiq edib".

 

Modern.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən söyləyib. O, qeyd edib ki, geriyə yalnız partiyanın namizədlərinin irəli sürülməsi prosesi qalıb:

 

"Bununla bağlı işlər aparılır, proses gedir və bu işlər tamamlanandan sonra biz hər dairə üzrə namizədlərimizi irəli sürəcəyik. O zaman siyahı da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. Yeni Azərbaycan Partiyasının kifayət qədər potensialı və seçkilərdə kifayət qədər təcrübəsi var. Artıq hər bir dairə üzrə imza toplamaq üçün 10 nəfər müəyyən edilib. Yəni hər şey hazırdır. Sadəcə, namizədləri təqdim edəcəyik və ondan sonra digər proseslərə başlayacağıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir