Modern.az

“Zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər” - YAP-dan AÇIQLAMA

“Zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər” - YAP-dan AÇIQLAMA

12 Dekabr 2019, 13:19

"Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan yuxarısı parlament seçkilərində iştirak edəcək".

 

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, bundan əlavə Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var və bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər:

 

"Xüsusən gənclər, o cümlədən xaricdə təhsil alıb, gələnlər böyük həvəs göstərir. Yəni namizədliklərini irəli sürmək istəyən çox insan var. Bir yalnış informasiya cəmiyyətə sırımaq istəyirlər ki, guya Milli Şura seçkidə iştirak etməsə bu seçki qeyri-demokratik olacaq və s.  Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa, artıq burada alternativlik təmin olunub və orada seçki keçimək mümkündür. Ona görə, kimin iştirak edib etməməsi hər kəsin öz hüququdur. O ki, qaldı Milli Şuraya, onun qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var. Milli Şura getsin, Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmirlər və insanları aldatmağa çalışırlar və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Bunların sosial bazası, elektoratı yoxdur. Bilirlər ki, seçilməyəcəklər, çünki xalq onlara etimad göstərməyəcək və irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan da seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?