Modern.az

Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi

Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi

Aktual

12 Dekabr 2019, 21:04

Dekabr ayının 12-də Sabunçu rayonu Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib.

"Azəriqaz" İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdən çox müxtəlif diametrli polad borulardan istifadə edilib.

Qeyd edək ki, Bakı şəhərində 2019-cu ildə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 5-də qaz təchizatı həyəta keçirilib, 10-da iş tamamlanıb, 7-də isə qaz çəkilişləri davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı