Modern.az

“Qarabağ” 3 milyon 870 min avro qazandı

“Qarabağ” 3 milyon 870 min avro qazandı

Aktual

13 Dekabr 2019, 00:44

Avropa Liqasının qrup mərhələsinin VI turu Azərbaycan çempionu “Qarabağ”ın büdcəsini daha da zənginləşdirib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, Bakıda keçirilən matçda Lüksemburq təmsilçisi “Düdelanj”la heç-heçə edən Ağdam klubu 190 min avro əldə edib.

Qrup mərhələsini 1 qələbə və 2 heç-heçə ilə başa vuran “Qarabağ” 950 min qazanc götürüb. Bu mərhələyə vəsiqə qazanmaqla komanda 2 milyon 920 min avro qabağa düşüb. Bu isə o deməkdir ki, qrup mərhələsində iştirakdan başlayaraq komanda 3 milyon 870 min avro əldə edib.

Qeyd edək ki, qrup mərhələsinin oyunlarında qalib gələn komanda 570, heç-heçə edənlər 190 min avro qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır