Modern.az

“Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər

“Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər

13 Dekabr 2019, 10:41

“Əslində biz Müsavat Partiyasi olaraq seçki institutunu xilas etmək, yaşatmaq istəyirik. Seçkilərdə də məhz buna görə iştirak etmək əzmindəyik”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər “Eurasia Diary”ə müsahibəsində növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarlarını şərh edərkən bildirib.

 

“Bizim üçün əsas məsələ mandatlar və onların sayı deyil, xalqın seçdiyi insanların millət vəkili olaraq ölkəmizə, insanlarımıza xidmət etməsidir. Mən Müsavat namizədlərini tanıyıram və normal seçkidə onların əksəriyyətinin qalib gələ biləcəyinə inanıram. Lakin siyasi sistemin mahiyyətinə bələd olduğumuz üçün deyə bilərəm ki, qalib gəlmiş müsavatçılardan neçəsinin qələbəsinin tanınması hakimiyyətin intellektindən asılıdır. Hakimiyyətin İQ göstəricisi nə qədərdirsə, bir o qədər qalib müsavatçının qələbəsi tanınacaq”, - deyə İ.Qəmbər bildirib.

 

Mərkəz rəhbəri müxalifətin seçkilərdə vahid blok şəkilndə iştirak etməməsinə də münasibət bildirib:

 

“Müsavat Partiyası rəhbərliyi bütün gerçək müxalifət qurumlarına dəfələrlə təklif və israr etdi ki, bütün aparıcı qüvvələr birgə hərəkət etsinlər. Bu təklifi əksər qüvvələr qəbul etsə də, tam birlik alınmadı. Hər bir qüvvənin və fərdin müstəqil qərar hüququna hörmətlə yanaşmalıyıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?