Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti Ruben Ayrapetyan həbs oluna bilər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarışlar ona məxsus evlərdə və obyektlərdə aparılır.
Ruben Ayrapetyanın Futbol Federasiyasına başçılıq etdiyi illərdə ayrı-ayrı şəhərlədə futbol stadionları və məktəblərin təmiri adı altında saxta sənədlər hazırlayaraq dövlətdən ayrılan vəsaiti mənimsədiyi ehtimal olunur. Faktla bağlı cinayət işi aparılır.