Modern.az

Sərhəd kəndinin işıq, su, qaz, yol qayğıları həll olunub

Sərhəd kəndinin işıq, su, qaz, yol qayğıları həll olunub

13 Dekabr 2019, 11:00

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Mahmudlu-1 kəndində keçirilib.   
         
Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib. Səyyar qəbulda çıxış edən Alı Alıyev qeyd edib ki, bu günkü reallıqlar və faktlar sübut edir ki, Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan, dünyanın davamlı olaraq inkişafda olan dövlətidir.

“Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı kimi füzulililərdə öz həyatında hiss edir. Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən sosial yönümlü tədbirlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Füzuli rayon sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. İmzalanmış hər bir sərəncam və fərman minlərlə füzulili məcburi köçkün ailəsinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır”.

         
Mahmudlu-1 kəndinin ümumi əhalisi 802 nəfərdi. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 802 nəfərə hər ay 48120 manat vahid aylıq müavinət ödənilir, 7 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə özünüməşğulluq proqramına cəlb olunub. Kənd də 4 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili var. Kənd sakinlərindən 93 nəfərə müxtəlif növ  pensiya və müavinət verilir, 133 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.      
Mahmudlu-1 kəndində torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.         
Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.        
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və ölkənin birinci xanımı Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi