Modern.az

Bu universitetdə kadr potensialı öz yetirmələri ilə yenilənir - SDU-da ənənəvi “Açıq qapı günü”

Bu universitetdə kadr potensialı öz yetirmələri ilə yenilənir - SDU-da ənənəvi “Açıq qapı günü”

Aktual

13 Dekabr 2019, 14:56

Dekabrın13-də Sumqayıt Dövlət Universitetində ənənəvi “Açıq qapı günü” keçirilib.

 

Modern.az xəbər verir ki, SDU-nun rəsmi internet portalında əvvəlcədən yerləşdirilmiş elana uyğun olaraq, “Açıq qapı günü”ndə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, təhsil alan tələbələrin valideynləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak etdiblər.

 

SDU-nun Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qonaqlarla görüşüb.

 

R.Hüseynov qeyd edib ki, SDU-da mütəmadi olaraq “Açıq qapı günləri” təşkil edilir. Valideynlər övladlarının həm dərs, həm də imtahan prosesinin müşahidə etməsi üçün hər cür şərait yaradılır:

 

"Bu da tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunmasından xəbər verir. Ölkənin savadlı kadr potensialı məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır. Sumqayıt Dövlət Universiteti də bu istiqamətdə mühüm addımlar ataraq uğurlar əldə edir. Son illər Sumqayıt Dövlət Universitetində kadr potensialı öz yetirmələri ilə yenilənir. Məzunlarımız laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayır. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi Gənclər siyasətinin bariz nəticəsidir."

Prorektor qonaqlara universitetin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, bu istiqamətdə görülən işlərdən bəhs edib:

 

"Universitetimiz Avropa təhsil məkanına inteqrasiya istiqamətində mütəmadi olaraq dünyanın reytinq cədvəlində xüsusi mövqeyi olan Şərq, Avropa və Slavyan ölkələrinin nüfuzlu universitetləri ilə əlaqələrini genişləndirir, qabaqcıl texnologiyalar, idarəetmə üsulları, innovasiyalarla bağlı elmi–pedaqoji mübadilələr həyata keçirir."

 

R.Hüseynov struktur və tədris proqramları, o cümlədən TVİNNİNQ layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib:

 

"SDU-nun Avropa İttifaqı tərəfindən maliyələşən proqramlarda iştirak etməsi artıq bir ənənənyə çevrilib. Əsas hədəfimiz təhsilin keyfiyyətinin yüksəldilməsidir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı TVİNNİNQ layihəsi Azərbaycan ali təhsil sisteminin inkişafına töhfələr verir. Universitetdə TVİNNİNQ layihəsi çərçivəsində həyata keçirilən seminarlar, təlimlər, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələrinin cəlb olunması, onların fikir və təkliflərinin nəzərə alınması, birgə keçirilən tədbirlər, eləcə də professor-müəllim heyətinin bilik, səriştə və bacarıqlarının yüksəldilməsi, universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, müasir infrastrukturun qurulması, idarəetmənin optimallaşdırılması, kitabxanaların, Dissertasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, dövri elmi nəşrlərin təkmilləşdirilməsi, ixtisasartırmanın keyfiyyətli təşkili, universitetə yüksək biliyə malik gənclərin cəlb edilməsi, universitetin beynəlxalq əlaqələri, yerli və beynəlxalq layihələrdə iştirakı, tədris-təlim prosesində dəyişikliklər barədə müzakirələr aparılır, nəticədə fakültələrin hesabatı yüksək qiymətləndirilir."


Prorektor çıxışında onu da vurğuladı ki, universitetdə auditoriya və laboratoriyaların müasir standartlara uyğunlaşdırılmısı ilə bağlı müvafiq işlər görülmüş, ali məktəbin bütün tədris binalarında təmir işləri uğurla başa çatdırılmış, bir çox fakültələrdə yeni tədris laboratoriyaları istifadəyə verilb. Tədris prosesini daha da mükəmməlləşdirmək, maddi-texniki bazanı inkişaf etdirmək məqsədilə tədris laboratoriyaları üçün müasir yeni qurğular alınıb.


Sonra valideynlər KİV nümayəndələri ilə birgə müxtəlif fakültələrdə dərs prosesini izləyiblər. Valideynlər auditoriyalarda övladları ilə birlikdə mühazirə dinləyiblər, tələbələr üçün yaradılan şəraitlə, tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.

 

Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev fakültədə yeni yaradılmış laboratoriyalar barədə qonaqlara ətraflı məlumat verib.

 

Bildirib ki, İnformasiya və kompüter texnikası kafedrası üçün “Elektronika”, “Mikroprosessorlu idarəetmə və rəqəmsal sistemlər” tədris laboratoriyasına aid 4 stend, Proseslərin avtomatlaşdırılması kafedrası üçün “Nəzarət - ölçmə cihazları”, “Proqramlaşdırılan məntiqi kontrollerlər”, “Avtomatlaşdırma texnikası və tənzimləmə sistemlərinin öyrənilməsi” tədris laboratoriyalarına isə 6 stend alınıb.

 

Qeyd edilib ki, bu yeni laboratoriyalarda tələbələr Tənzimləmə texnikası, Proqramlaşdırılan məntiqi kontrollerlər,Texnolji ölçmələr, Sensor sistemləri fənlərində laboratoriya işləri vasitəsilə idarəetmə sistemlərinin müasir texniki avadanlıqları ilə işləmə bacarığı və praktik vərdişlər əldə edəcəklər.


Fizika və elektroenergetika fakültəsinin dekan müavini Nailə Sərdarova fakültədə görülən işlər və laboratoriya üçün alınan qurğular barədə məlumat verib.

 

Qeyd edib ki, Almaniyadan yeni laboratoriya qurğuları alınıb ki, bu avadanlıqlarda yarımkeçiricilər fizikası fənnindən 12, Elektrik maşınlarının əsasları fənnindən 50-dən çox, Elektrik maşınları fənnindən 15-dən çox laboratoriya işləri yerinə yetirmək mümkün olacaq.

 

Laboratoriyalardakı elmi-tədqiqat işləri günün tələbinə uyğun aparılır. Fizika və elektroenergetika fakültəsində yaradılan yeni laboratoriyalar Elektrik mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Fizika və Fizika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarına yiyələnməsi üçün xidmət edir. Yeni laboratoriyalardan “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsi üzrə təhsil alan tələbələr “Elektrik maşınlarının əsasları” və “Güc elektronikası və intiqalın idarə edilməsi” fənnlərindən laboratoriya işlərini yerinə yetirərkən istifadə edə biləcəklər.


Qonaqlar açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlik yarımstansiya Tədris poliqonu ilə, tələbələrin dil biliklərini təmannasız artırmaq üçün Linqvistik Mərkəzin fəaliyyəti, Heydər Əliyev Mərkəzi, Elmi kitabxana, idman zalı, süni örtüklü futbol, voleybol, badminton və basketbol meydançaları, stolüstü oyunlar üçün köşklər ilə tanış olublar.


Valideynlər yaradılan şəraitə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər, universitetin gündən-günə artan nüfuzunun daha da möhkəmlənməsi naminə uğurlar, müvəffəqiyyətlər arzulayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir