Modern.az

Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının yeni tərkibini təsdiq edib

Nazirlər Kabineti Respublika Çağırış Komissiyasının yeni tərkibini təsdiq edib

Ölkə

29 Dekabr 2009, 12:29

Prezident İlham Əliyevin bir müddət öncə imzaladığı fərmana əsasən, çağırış yaşlı Azərbaycan Respublikasının vətəndaşları 2010-cu il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar. Fərmana əsasən, 1992-ci ildə doğulan və çağırış günü üçün 18 yaşı tamam olan, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2010-cu il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. Bu müddətdə xidməti müddəti keçmiş əsgər, matros və çavuşlar 2010-cu ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaq.   Modern.az xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında qərar verib. Nazirlər Kabinetinin 202 saylı həmin qərarı ilə 2010-cu ilin yanvarın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi təsdiq edilib. Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etməlidir.

Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirlikləri və yerli icra hakimiyyəti orqanları vətəndaşların 2010-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməlidir.

Nazirlər Kabinetinin qərarına əsasən, Respublika Çağırış Komissiyasının sədri Azərbaycan Respublikası hərbi komissarının müavini R.Məmmədov təsdiqlənib.

Xatırladaq ki, bir müddət öncə respublika hərbi komissarı vəzifəsindən azad edilən Əlağa Hüseynov həm də Respublika Çağırış Komissiyasının sədri pustundan da uzaqlaşdırılmışdı. 

Komissiya sədrinin müavini M.Abbasquliyev (Dövlət Sərhəd Xidməti rəisinin müavini), Komissiyanın üzvləri isə O.Zalov (daxili işlər nazirinin müavini), A.Vəlibəyov (səhiyyə nazirinin müavini), T.Musayev (ədliyyə nazirinin müavini), A.Dadaşov (AHİK sədrinin müavini), S.Novruzov (Milli Məclisin deputatı) təsdiqlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi