Modern.az

Rəsmi İrəvanın açıqlamasına Qarabağ İcmasından cavab: Diplomatiyamızın uğurlarını etiraf edirlər

Rəsmi İrəvanın açıqlamasına Qarabağ İcmasından cavab: Diplomatiyamızın uğurlarını etiraf edirlər

13 Dekabr 2019, 18:36

Ermənistan Rusiyaya qarşı çıxdı

Ermənistan Xarici İşlər Nazirliyinin sözçücü Anna Naqdalyan mətbuata verdiyi aşıqlamada qeyd edib ki, Dağlıq Qarabağ tarix boyu iki icmalı bölgə sayılmayıb. O, bir az da qabağa gedərək,  cəfəng fikirlərini davam etdirib, deyib ki, hətta sovet dövründə də Dağlıq Qarabağ ermənilərin yaşadığı muxtar ərazi hesab edilib.

“Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş təklifi süni xarakter daşıyır. Azərbaycan tərəfinin məqsədi Dağlıq Qarabağın danışıqlarda tərəf olması niyyətinə qarışıqlıq salmaqdır”.

Göründüyü kimi rəsmi İrəvan Qarabağın Azərbaycanlı İcmasının son fəaliyyətindən rahatsız olub. Qarabağın Azərbaycanlı İcmasının üzvü Xatirə Vəliyeva Modern.az saytına bildirib ki, hələ Xankəndi işğal olunmazdan əvvəl ermənilərin kütləvi şəkildə ora köçürülməsi nəticəsində azərbaycanlıların sayı azalmışdı.

“Xankəndini sovet dövründə azərbaycanlılar üçün “qapalı şəhər” elan edərək, azərbaycanlıların ora yerləşməsinə imkan vermirdilər. Bu azmış kimi, üstəlik Xankəndidə yaşayan azərbaycanlıları qeydiyyata almırdılar. Məsələn, bir azərbaycanlı ailəsində 5 üzv var idisə, 1 nəfər yazılırdı. Ermənilərə gəlincə, vəziyyət əksinə idi, 5 nəfərlik erməni ailəsi 15 nəfər kimi təqdim edilirdi. Ermənilərin təhrif etdikləri faktlar çoxdur. Bu hal Şuşada da, Ağdərədə də, Muxtar Vilayətin digər bölgələrində də hakim idi. Ermənistan Xarici İşlər Nazirliyinin sözçücü Anna Naqdalyan səsləndirdiyi sərsəm fikirləri ilə icmamızın fəaliyyətindən rahatsız olduqlarını ortaya qoyur. Onlar bilirlər ki, biz öz torpaqlarımıza qayıdacağıq. Onun fikirləri Azərbaycan diplomatiyasının uğurlarını dolayısıyla təsdiq edir”.

P.S. Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Qarabağ probleminin çözümü üçün bölgənin Azərbaycanlı və Erməni icmasının görüşünü təklif etmişdi. Ermənistan XİN bu açıqlaması ilə həm də Rusiyaya qarşı oldu.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir