Modern.az

Nazirlik məktəbdə baş verən yanğınla bağlı məlumat yaydı - FOTO  

Nazirlik məktəbdə baş verən yanğınla bağlı məlumat yaydı - FOTO  

Aktual

13 Dekabr 2019, 18:40

Qubanın Tülər kənd orta məktəbində baş verən yanğın nəticəsində zərər çəkən olmayıb.

 

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, dekabrın 13-də günorta saatlarına Quba Rayon Polis Şöbəsinə rayonun Tülər kənd ərazisində yerləşən ümumtəhsil orta məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Baş verən yanğın hadisəsinə Quba Rayon Polis Şöbəsinin və FHN-nin əməkdaşları operativ reaksiya verərək, alovun qarşısının alınması üçün zəruri tədbirləri həyata keçiriblər. Polis əməkdaşları yanğının baş verdiyi ərazidə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, şagirdlərin, eləcə də məktəb avadanlıqlarının binadan çıxarılmasında böyük köməklik göstəriblər.

 

Hadisə nəticəsində məktəbə qismən ziyan dəysə də, xəsarət alan olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü