Modern.az

Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO

Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO

13 Dekabr 2019, 18:56

Goranboy rayonunun Boluslu kəndində səyyar qəbul keçirilib.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, 13 dekabr 2019-cu il tarixdə rayonun Boluslu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olub.

 

Burada Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndləri və Goran qəsəbəsinin sakinləri ilə görüşən icra başçısı onların  problem və müraciətlərini dinləyərək ərazidə həlli vacib məsələlərlə yaxından tanış olub.

 

Səsləndirilən problem və təkliflərin obyektiv surətdə araşdırılması və həlli ilə bağlı, aidiyyəti üzrə məsul şəxslərə yerində lazımı tapşırıqlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir